NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO

NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
20:47 13 Mart 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

NASA Herkules bürcündə iki qalaktikanın toqquşmasını əks etdirən şəkil dərc edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, NGC 6052 obyekti yüksək dəqiqlikli "Habbl" teleskopu ilə çəkilib. Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir.

NGC 6052 obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel tərəfindən kəşf olunub. Əvvəl alim bunu qeyri- simmetrik formalı vahid qalaktika kimi təsvir edib. Ancaq illər sonra tədqiqatçılar bunun əslində iki qalaktikanın toqquşması olduğunu müəyyən edib.

Oxşar aqibət Süd yolunu da gözləyir. Bizim qalaktika dörd milyard il sonra qonşu Andromeda ilə toqquşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/elm/738628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR