Murad Boz yenidən Bakıda - FOTOLAR

Murad Boz yenidən Bakıda - FOTOLAR
20:34 13 Mart 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Murad Boz yenidən Azərbaycana gəlib. Lent.az-ın məlumatına görə, ifaçının paytaxtımıza gəlişinin səbəbi "Öldür beni, sevgilim" filminin qala gecəsində iştirak etməkdir. O, bu dəfə aktrisa Seda Bakanla birgə qalaya qatılıb. 
 
M.Boz təəssüratlarını bu cür dilə gətirib: "Bu Azərbaycanda Seda ilə birgə ilk qalamızdır. Gözəl bir film çəkdiyimizi düşünürük. Münasibətlərin, evliliklərin göstərildiyi komediya filmi çəkmişik. Çox əyləncəli oldu. Burada olduğumuz üçün ayrı cür xoşbəxtəm. Bundan əvvəl Bakıya konsert vermək üçün gəlmişəm. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Qalaların hamısını etdik. Sona qardaş ölkə Azərbaycanı saxladıq. Azərbaycandan film təklifi almışıq. Bizə daha çox layihənin necə olacağı maraqlıdır. Pul məsələsi ikinci plandadır".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR