"Aida" tamaşası Rusiya, Ukrayna və Azərbaycan opera ulduzlarının ifasında

"Aida" tamaşası Rusiya, Ukrayna və Azərbaycan opera ulduzlarının ifasında
20:32 13 Mart 2019
Ölkə mətbuatı
A- A+

Martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən biri sayılan  C.Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşada Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir.

Radames rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunmuşdur.

Əsas partiyalardan biri olan Amneris partiyasında isə həmyerlimiz - Azərbaycanın Əməkdar artisti, Mariinski Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Regina Rüstəmova çıxış edəcəkdir.

Tamaşada həmçinin Teatrımızın aparıcı solistləri - Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Misir şahı),   Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) və Əməkdar artistlər Cahangir Qurbanov (Amonasro) və Tural Ağasıyev (Çapar)   çıxış edəcəklər.

Opera tamaşasını  Xalq artisti, professor  Yalçın Adıgözəlov idarə edəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/738671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR