Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə edildi

Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə edildi
18:32 13 Mart 2019
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Xarici Əlaqələr İnstitutunun prezidenti Liang Jianquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baş nazirin müavini deyib ki, dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər davamlı olaraq inkişaf edir.

Butün sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğunu vurğulayan Ə.Əhmədov intensiv xarakterli qarşılıqlı səfərlərin bu münasibətləri daha da möhkəmləndirdiyini və əldə olunan nəticələrin xalqlarımızın rifahı naminə real səmərə verdiyini bildirib.

Qonaq Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən və sabit inkişafından razılığını ifadə edərək, hər iki ölkədə qarşılıqlı siyasi etimadın daim dərinləşdiyini, əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrində həqiqətən çox səmərəli nəticələr əldə olunduğunu, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyətlərin uğurlu davam etdiyini diqqətə çatdırıb. L.Jianquanq geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında əhəmiyyətli mövqeyə malik olan Çin arasında əlaqələrin inkişaf perspektivlərinin məmnunedici olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Çin-Azərbaycan münasibətlərinin gələcək hədəfləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/738669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR