"Tornado regionumuz üçün səciyyəvi deyil" - Umayra Tağıyeva

"Tornado regionumuz üçün səciyyəvi deyil" - Umayra Tağıyeva
18:29 13 Mart 2019
205 Digər
Ölkə mətbuatı
A- A+

“Aylıq proqnozda göstərilən kimi, bu il mart ayı küləkli keçəcək”. 
 
Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
 
O qeyd edib ki, mart ayının 14-dən 15-i günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-28 m/s-dək güclənəcək. Mart ayının 14-də havanın temperaturu 5-8 dərəcə aşağı enəcək”.
 
Departament direktoru bir sıra sinoptik proseslərlə bağlı da açıqlama verib.
 
Qeyd edib ki, tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar. 
 
Onun sözlərinə görə, bəzən bu fırtınalar və nəhəng dalğalar böyük itki və insan tələfatı ilə nəticələnə bilər. Öz diametri ilə mülayim enliklərdə olan siklonlardan kiçik olsalar da, onlar daha böyük dağıdıcı qüvvəyə malikdirlər. Tropik siklonlar evləri, tikililəri, körpüləri dağıda, ağacları kökündən qopara bilir. Dünyada orta hesabla il ərzində 70-ə yaxın belə hadisə baş verir.
 
Son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. 19000 nəfər Hondurasda, Nikaraquada və Salvadorda bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər adam evsiz qalıb.
 
Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı.
 
Smerclərdən (tornado) fərqli olaraq fırtınalar, qasırğalar daha “uzunömürlü” hərəkətli olur. Smerclərin əhatə dairəsi daha məhdud olsa da onların şiddəti bəzən daha çox olur. Smerclərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur.
 
1989-cu ildə Banqladeşdə baş verən smerc hadisəsi şiddətliliyinə görə Ginness rekordlar kitabına daxil edilib. Hadisə zamanı 1300 nəfər həlak olub. 1931-ci ildə Missisipidə isə tornado uzunluğu 43 metr olan 83 tonluq qatarı havaya qaldırıb.
 
Tropik siklonlar ifrat təhlükəli hadisələr kateqoriyasına aid olsalar da, onların trayektoriyası və intensivliyi barədə qabaqcadan xəbərdarlıq vermək mümkündür. Lakin tornado smerc hadisələrinin yaranmasına dair yalnız bir neçə dəqiqə əvvəlcədən xəbər vermək olur.
 
Umayra Tağıyeva diqqətə çatdırıb ki, coğrafi mövqeyimizi, iqlim şəraitini və digər amilləri nəzərə alaraq demək olar ki, bu kimi sinoptik proseslər bizim region üçün səciyyəvi deyil.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR