Əhməd ilk dəfə nişanlısı ilə fotolarını paylaşdı

Əhməd ilk dəfə nişanlısı ilə fotolarını paylaşdı
18:27 13 Mart 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Əhməd Mustafayev instaqramda ilk dəfə nişanlısı ilə fotolarını paylaşıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki,  müğənni toyqabağı fotosessiya və videoçarx çəkdirmək üçün Qəbələyə gedib. Əhməd Səbinə adlı nişanlısı ilə birgə kamera qarşısına keçib, çəkilişdən lentə alınan bir neçə görüntünü səhifəsində paylaşıb.  

Bundan əlavə, cütlüyün şəkillərini videoqraf Fuad İsmayılov və fotoqraf Niko Abbasov da öz hesabında yayıb. Bildirilib ki, çəkiliş üç rayonda baş tutacaq, toy apreldə reallaşacaq. 

Xatırladaq ki, Əhməd öz əmisi qızı ilə ötən ilin sentyabrında nişanlanmışdı. Müğənni nişanlısını sosial şəbəkələrdən və mediadan uzaq saxlayırdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/738589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR