Mozambikdə daşqınlar 66 nəfəri öldürdü

Mozambikdə daşqınlar 66 nəfəri öldürdü
18:17 13 Mart 2019
53 Dünya
Ölkə mətbuatı
A- A+

Mozambikin şimali və mərkəzi hissələrində son bir neçə gün ərzində daşqınlar nəticəsində 66 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "İday" tropik siklonunun gətirdiyi aramsız yağışlar bölgədə ciddi fəsadlara səbəb olub.

Daşqınlar 6 minə yaxın yaşayış evini dağıdıb, 140 minə yaxın sakin təbii fəlakətdən ziyan çəkib.

Bundan başqa, siklon təhlükəsi ilə bağlı sahilyanı ərazilərdən sakinlər təxliyə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR