​Türkiyənin tanınmış simaları

Türkiyənin tanınmış simaları Bakıdadır.

Metbuat.az xəbər verir ki, Tükiyənin tanınmış müğənnisi Murad Boz və aktrisa Seda Bakan Bakıya gəlib.

İki məşhurun Bakıya gəliş səbəbi isə “Öldür beni sevgilim” filminin təqdimatı olub.

Murad Boz və Seda Bakanın baş rollarını canlandırdığı “Öldür beni sevgilim” filminin rejissorluğu Şenol Sönməzə aiddir.

Ekran işində M.Boz və S.Bakandan əlavə Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven , Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu iştirak edir.

Filmdə 5 ildir ki evli olan cütlükden bəhs edilir. İlk başlarda hər şey gözəl görünsə də həmin cütlük fərqli həyatlar istədiklərini anlayırlar və hadisələr də bundan sonra baş verir.

Konfrans zamanı tanınmış simalar media nümayəndələrinin suallarını da cavablandırıb.

Sevinc Kərimova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR