"Yuventus" "Atletiko" ilə oyundan rekord məbləğdə gəlir əldə etdi

"Yuventus" "Atletiko" ilə oyundan rekord məbləğdə gəlir əldə etdi
18:05 13 Mart 2019
125 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"yla qarşılaşdığı oyun üçün bilet satışından gələn gəliri açıqlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmada bilet satışından 5,5 milyon avro qazanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu, "Yuventus" tarixində bilet satışından qazanılan ən yüksək məbləğdir.

Bundan əvvəl "Yuve" Çempionlar Liqasının qrup mərhələsinin "Mançester Yunayted"lə ev oyununda (1:2) bilet satışından 5 milyon avro qazanmışdı.

"Qoca sinyora" ilk oyunda "Atletiko"ya 0:2 hesabıyla məğlub olmasına baxmayaraq, cavab matçında 3:0 hesablı qələbə qazanaraq, ÇL-də 1/4 finala yüksəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR