3 mərtəbəli məktəb binası çökdü - 100-dən çox insan...

3 mərtəbəli məktəb binası çökdü - 100-dən çox insan...
17:58 13 Mart 2019
26 Digər
Ölkə mətbuatı
A- A+

Nigeriyada məktəb binası çöküb, dağıntılar altında 100-dən çox insan qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, çöküntülər altında qalanların çıxarılması üçün xilasedicilər cəlb edilib.

Belə ki, ölkənin ən böyük şəhəri olan Lagosda 3 mərtəbəli məktəb binası naməlum səbəbdən çöküb. Rəsmilər çoxlu sayda məktəblinin xəstəxanalara yerləşdirildiyini açıqlayıb. Aralarında ağır yaralılar var. Şahidlər çökmənin şagirdlər dərsdə olanda baş verdiyini deyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/272559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR