Bakıda keçmiş məhkum küçədə odlu silahla tutuldu

Bakıda keçmiş məhkum küçədə odlu silahla tutuldu
17:57 13 Mart 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı sakini küçədə odlu silahla yaxalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 34, mənzil 35-də yaşayan, əvvəllər məhkum olunmuş Ağazadə Şamxal Rasim oğlu yaşadığı binanın qarşısında saxlanılıb.

Onun üzərindən "Varnan" modelli revolver və 2 ədəd 46 kalibrli patron aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/738565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR