İNANILMAZ: Bu insanlar nadir dəri xəstəliyi ilə dünyaya gəliblər və...

İngiltərənin Kambridgeshire bölgəsində yaşayan Gemma Uayt adlı qadının kürəyində, boynunda, sinəsində, qulaqlarında və bədənin digər hissələrində balaca və böyük olmaqla bir çox ləkə var.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Konjenital melanositik nevüs adı verilən bu xəstəlik nadir görülən dəri xəstəliyidir.

24 yaşlı Gemma bu xəstəliklə yaşayan 30 digər insanla birlikdə beynəlxalq bir sərgi üçün görüntülənib.

Leeds şəhərində tibb fakültəsində oxuyan Gemma bu xəstəliklə doğulduğunu və bunun müalicəsi olmadığını bildirib.

“Uşaq olarkən normal şeylər etdim, normal dostlarım oldu. Doğum ləkələrimin ortaya çıxdığı gimnastik geyimlər də geydim. Amma yeniyətməlik dövrünə girdiyim zaman bu öz təsirini mənə göstərməyə başladı. Fərqli göründüyümü bilirdim. Bu xəstəliyə sahib olan başqa biri yox idi. Şərflər taxır, uzunqollu geyimlər geyinir, bikinilərdən uzaq durmağa çalışırdım” deyə bildirib.

Gemma 17 yaşında olarkən bu “fərqlilik”dən sıxılaraq İspaniyaya tətilə getməyə qərar verib və orada olarkən ilk dəfə bikini geyib.

“Heç kim mənə baxmadı və bir şey demədi. Bu mənə çox yaxşı təsir etdi. Həyatdan daha çox zövq almağa başladım. Bunun əhəmiyyətli olmadığını və özümü çərçivəyə salmamalı olduğumu başa düşdüm” deyə bildirib.

13 ölkədən uşaq və yetişkinlərin iştirak etdiyi sərginin tamaamlanması 3 il çəkib. Sərgi mart ayında Londonda açıldıqdan dünyanı gəzəcək.

_105977747_callumwhite

_105977753_mariana_mendes_sharpen

_105979065_agnieszka_palyska-hero-poster-brock_elbank

https://metbuat.az/news/1145696/toyuqlar-birlik-ol...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR