Stolüstü tennisçilərimiz Qazaxıstanda 2 medal qazanıblar (FOTO)

Stolüstü tennisçilərimiz Qazaxıstanda 2 medal qazanıblar (FOTO)
17:55 13 Mart 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qazaxıstan Stolüstü Tennis Federasiyasının dəvəti ilə stolüstü tennis üzrə yığma komandamız 10-13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində keçirilmiş beynəlxlaq turnirdə gücünü sınayıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, 7 ölkəni təmsil edən qızlardan ibarət 19 komandanın iştirak etdiyi turnir Qazaxıstanın milli qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunub.

Komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş medal, şəxsi yarışlarda isə, Məryəm İmanova bürünc medal qazanıb.

Ümumilikdə, stolüstü tennisçilərimiz beynəlxalq turniri 2 medalla başa vurublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3032423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR