"Qəbələ" Azərbaycan çempionu oldu

"Qəbələ" Azərbaycan çempionu oldu
17:52 13 Mart 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin U-19 komandası AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" bu gün start götürən IV dövrənin ilk turunda qızıl medalları təmin edib.

XXII turda "Qarabağ"la qarşılaşan Famil Xəlilovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə ilə 1-ci yeri rəsmiləşdirib.

Xal hesabını 60-a çatdıran "Qəbələ" ən yaxın izləyicisi "Keşlə"dən 21 xal uzaqlaşıb. Bu gün "Sumqayıt"la görüşən paytaxt təmsilçisi bütün matçlarda qalib gəlsə də, şəxsi oyunların (2:0, 5:0, 3:0) nəticəsinə görə "qırmızı-qaralar" əsas rəqibini arxada qoyacaq.

Bu çempionluq "Qəbələ"yə ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə UEFA Gənclər Liqasında oynamaq hüququ verib.

Xatırladaq ki, "Qəbələ" tarixində 4-cü dəfə U-19-ların yarışının qalibi olub. 2012/13, 2015/16 və 2017/18 mövsümlərində də qızıl medalları "qırmızı-qaralar" qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR