"Yeni iqtisadi çağırışlara uyğun olaraq islahatlar davam etdiriləcək"

“Əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir”.

Metbuat.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və idarəetmə islahatların daha da sürətləndiyini deyən millət vəkili söyləyib ki, məhz bu islahatlar nəticəsində 2018-ci ildə ölkə iqtisadiyyatı artım nümayiş etdirdi və əlavə mənbələr hesabına dövlət büdcəsinin də gəlirləri artdı. Onun sözlərinə görə, təkcə 2019-cu ilin ilk ayı ərzində vergi və gömrük sahəsində əlavə 105 milyon manat vəsait yığılıb ki, bütün bunlar islahatların iqtisadi artıma mühüm və müsbət təsirindən xəbər verir: “Belə bir şəraitdə iqtisadi imkanlardan əhalinin sosial rifah halının gücləndirilməsində sərf olunması dövlət başçısının sosial təşəbbüslərinin daha da gücləndirilməsi deməkdir ki, bu da hər kəs tərəfindən yüksək qiymətləndirilir. 2 milyon 200 min insanı əhatə edən sosial artımlar həm əhalinin maddi rifah halını yaxşılaşdırır, həm də iqtisadi aktivliyi daha da canlandıracaq”.

Millət vəkili qeyd edib ki, yeni iqtisadi çağırışlara uyğun olaraq islahatlar davam etdiriləcək.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR