Sərnişin avtobusu ilə yük maşını TOQQUŞUB

Türkiyənin Amasya bölgəsində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Metbuat.az Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Amasyanın Merzifon rayonunda baş verib. 52 AAG 319 dövlət nişanlı sərnişin avtobusu Məhəmməd Özçelik adlı şəxsin idarəsində olan yük maşını ilə toqquşub.

Qəza nəticəsində sürücülər də daxil olmaqla 15 nəfər ağır yaralanıb. Yaralılar dərhal xəstəxanalara aparılıb. Onların vəziyyəti barədə hələ ki, məlumat verilmir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR