“Business Service Center” tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

“Business Service Center” tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur
17:43 13 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Şirkət Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, əmək bazarında fəaliyyət göstərən aparıcı qurumların və yüzlərlə gəncin qatıldığı sərgidə BSC-nin İnsan resursları üzrə mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3032459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR