Millət vəkili: "Fikirlərimi təhrif ediblər"

Millət vəkili: "Fikirlərimi təhrif ediblər"
16:48 13 Mart 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında şirin su ehtiyatlarının qorunması ilə bağlı fikirlərim təhrif edilib".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili fikirlərini təhrif edən media qurumlarına müraciət edib:

“Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında meşələrin, təbii su ehtiyatlarının qorunması, onlardan səmərəli istifadə ilə bağlı müəyyən qanunlara dəyişiklik təklif edilib. Mən də iclasda çıxış edərək Azərbaycanda su, xüsusilə şirin su ehtiyatlarının az olduğunu demişəm. Bildirdim ki, bu səbəbdən hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir. Son zamanlarda yay gələndə dərələrdə quruma müşahidə edilir. Bunun səbəblərindən biri bulaqlardan suyun həyətlərə çəkilməsidir. Yüz illərdir ata-babalarımız bulaqlardan istifadə edib, bu normaldır. Lakin bulaqların həyətlərə çəkilməsi dərələrin qurumasına səbəb olub. Bu sudan səmərəli istifadə etməli, şirin su mənbələrini qorumalıyıq. Təəssüf ki, mənim bu çıxışım bəzi xəbər saytları təhrif edib və yanlış təqdim ediblər. İclasda iştirak edən və ya etməyən, lakin təhrif olunmuş məlumatı yayan bütün media qurumları Milli Məclisindən iclasın stenoqramını götürüb, çıxışımı olduğunu kimi yazmalıdırlar. Çünki fikirlərimizin bu cür təhrif edilməsi millət vəkilləri, ziyalıları nüfuzdan salmağa yönəlmiş addımlardır. Hesab edirəm ki, əsl jurnalist birinci mənbəyə istinad etməli, fikirləri olduğu kimi işıqlandırmağa borcludur. Bəzi media qurumlarının fikirlərimi təhrif etmələrinə təəssüf edirəm. Xahişim ondan ibarətdir ki, iclasda iştirak edən jurnalistlər müzakirənin məğzinə baxsınlar. Burada əsas məsələ meşələrimizin, su ehtiyatlarımız, şirin suları mənbələrimizin qorunması idi. Hər hansı bulaq suyuna qadağa qoyulması ilə bağlı heç bir fikir səsləndirilməyib. Çıxışımın əsas məğzi də şirin su ehtiyatlarının qorunması, onlardan istifadə edərkən dərələrin qurumaması ilə bağlı da tədbir görülməsi ilə bağlıdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/272547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR