Aydın Hüseynov: Mənim fikirlərimi bilərəkdən başqa istiqamətə yönəltməyə çalışırlar

Aydın Hüseynov: Mənim fikirlərimi bilərəkdən başqa istiqamətə yönəltməyə çalışırlar
16:36 13 Mart 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında şirin su mənbələrinin, meşələrin qorunub saxlanması ilə bağlı fikirlərini səsləndirib.

A.Hüseynov Trend-ə açıqlamasında deyib ki, o, dərələrin qurumaması üçün şirin su mənbələrindən səmərəli istifadə edilməsi ilə bağlı öz fikirlərini bildirib:

“Lakin yenidən şou yaradanlar, Azərabaycan ziyalılarını, deputatları nüfuzdan salmağa çalışanlar mənim fikirlərimi bilərəkdən başqa istiqamətə yönəltməyə çalışırlar. Guya mən bulaq suyundan istifadənin qadağan edilməsini təklif etmişəm. Burada söhbət şirin suların, bulaqların qorunub saxlanması, dərələrin qurumasının qarşısının alınmasından gedir. Mən bildirmişəm ki, dərələrin qurumasının qarşısının alınması, şirin su mənbələrinin qorunması məqsədilə bu mənbələrdən səmərəli istifadə olunsun”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3032387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR