Qəzet yayımı ilə bağlı vəziyyət müzakirə olunub

Qəzet yayımı ilə bağlı vəziyyət müzakirə olunub
16:29 13 Mart 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırkı vəziyyət müzakirə
olunub.
 
Çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif yerlərindəki köşklərin heç də hamısı təyinatı üzrə istifadə edilmir. Onların bəzilərində çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Nəticədə qəzetə maraq azalır, redaksiyaların maddi durumu pisləşir. Paytaxtla yanaşı, mərkəzdən kənar yerlərdəki köşklər də tələblər səviyyəsindən aşağıdır.
 
 
İclasda həmçinin Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında,
Beynəlxalq avtovağzalda və əhalinin sıx toplaşdığı digər yerlərdə qəzet satışı, əldə
yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu vurğulanıb.
 
 
Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsinin zəruriliyi önə
çəkilib. Bu məqsədlə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa
olunub.
 
 
Sabahdan işə başlayacaq qrupun əldə etdiyi nəticələr Şuranın Katibliyinə təqdim
olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının İdarə Heyətində kütləvi
informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq.
 
 
Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyyatı qurumlara müraciətin ünvanlanması nəzərdə
tutulur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR