Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstanın müdafiə naziri ilə görüşüb - FOTO

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstanın müdafiə naziri ilə görüşüb - FOTO
15:04 13 Mart 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Martın 13-də Sofiya şəhərində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanov arasında görüş keçirilib.
 
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
 
 
Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR