TASİM layihəsi ilə bağlı Qazaxıstanda görüş olacaq

TASİM layihəsi ilə bağlı Qazaxıstanda görüş olacaq
14:57 13 Mart 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın vaxtlarda Qazaxıstanda “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi ilə bağlı görüş keçirilməsi planlaşdırılır.
Bunu “Report”a açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, bu görüşdən sonra layihənin nə vaxta reallaşdırılacağı məlum olacaq.
Qeyd edək, TASİM vacib regional təşəbbüsdür və onun məqsədi Almaniyanın Frankfurt şəhərindən Honq-Konq şəhərinə, başqa sözlə Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Bu xətt Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya - Almaniyaya çatacaq. Bu layihənin reallaşdırılması ilə bağlı 2008-ci ildə, “Bakutel” sərgisi çərçivəsində xüsusi Bakı Bəyannaməsi qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/tasi-m-layihesi-ile-bagli-qazaxistanda-gorus-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR