Azərbaycan və Bolqarıstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub

Azərbaycan və Bolqarıstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub
14:52 13 Mart 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Martın 13-də Sofiya şəhərində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-ve-bolqaristan-arasinda-herbi-emekdasligin-genislendirilmesi-meselesi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR