Kürdə qayıqda köməksiz qalan 8 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Əməliyyat başa çatıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR