“Dəqiqlik, aqressiya və yüksək texnika sayəsində qalib gəldik” - Alleqri

“Dəqiqlik, aqressiya və yüksək texnika sayəsində qalib gəldik” - Alleqri
14:37 13 Mart 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ÇL-nin 1/8 finalının cavab qarşılaşmasında "Atletiko" üzərində qələbəni (3:0, ilk oyun 0:2) şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çalışdırıcı komandasının fantastik oyun sərgilədiyini deyib.

"Futbolçularımdan çox razıyam. Bu oyunda dəqiqlik, aqressiya və yüksək texnika nümayiş etdirdik. Birinci matçda da bunu planlaşdırmışdıq. Alınmadı. Madriddə ləng hərəkət edirdik. Təzyiq göstərmək mümkün olmurdu. Buna görə cavab qarşılaşmasında taktiki plana cüzi dəyişiklik etməli olduq. Matçın əsəbi keçəcəyini bilirdim. Futbolçularıma tapşırmışdım ki, sakit tərzdə oynasınlar. Əks halda problem yaşaya bilərdik. Spinaççola, Bernardeski əla oynadı. Düzü, bir az narahat idim. Komandamın əzmkarlığı, cəsarətli oyunu narahatlığı aradan qaldırdı", - Alleqri deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR