Nazir müavini: "Şagirdlər kibertəhlükəsizliklə bağlı məlumatlandırılmalıdır"

Nazir müavini: "Şagirdlər kibertəhlükəsizliklə bağlı məlumatlandırılmalıdır"
14:32 13 Mart 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın orta məktəblərində informatika fənninin tədrisi və informatika müəllimlərinin səviyyəsi artırılmalıdır”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirlən VI Regional İnternet İdarəçilik Forumunda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O həmçinin bildirib ki, internetdəki viruslarla mübarizə, elementar kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması orta məktəblərdən başlamalıdır: “Bu haqda məlumatlar dərsliklərə salınmalıdır. Bu gün şagirdlərin hər biri yeni texnologiyalardan istifadə edir. Onlar artıq ali məktəbə gələnə qədər bu hallarla rastlaşırlar. Biz onları kibertəhlükəsizliklə bağlı məlumatlandırmalıyıq. Bu istiqamətdə aidiyyatı qurumlar tərəfindən addımların atılması gözlənilir".

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/sagirdler-kibertehlukesizlikle-bagli-melumatlandirilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR