53 yaşlı piyadanı maşın vurdu

Qusarda 53 yaşlı piyadanı maşın vurub.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə martın 12-si saat 21:40 radələrində Qusar-Ləzə avtomobil yolunun 24-cü kilometrliyində baş verib. Qusar şəhər sakini 1973-cü il təvəllüdlü Zivər Paşayev idarə etdiyi 99-FV-783 dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomobillə hərəkət olarkən yolun sağındakı piyadanı – Qusar rayonu, Zindan-Muruq kənd sakini 1967-ci il təvəllüdlü Cabbar Ağamuradovu vurub. Yaralı piyada Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə Qusar rayon prokuroru, Qusar RPŞ-nin əməliyyat qrupu üzvlərinin iştirakıyla baxış keçirilib. Cabbar Ağamuradovun meyiti xarici daxili müayinə edilməsi üçün MTE və PA ETT Birliyinin Qusar rayon şöbəsinin meyitxanasına gətirilib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsiylə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bol çeşid, fərqli qiymət... - Novruz yarmarkası/ FOTOREPORTAJ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR