Söyüd ağacını kəsən şəxs cərimələndi

Söyüd ağacını kəsən şəxs cərimələndi
13:09 13 Mart 2019
29 Digər
Ölkə mətbuatı
A- A+

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib. 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR