KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək

KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək
12:52 13 Mart 2019
116 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istəyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400-ləri artıq iyul ayında alacaq.

Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir.

S-400-lərlə bağlı kurs keçəcək hərbçilərin Rusiyadan əvvəl Azərbaycanda olacaqları iddia edilir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.

Heyət yaz aylarının sonunda Rusiyaya üz tutacaq, 2020-ci ilin yanvarında isə Ankaraya qayıdacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR