"Nar" daha bir yeniliyə imza atacaq

"Nar" daha bir yeniliyə imza atacaq
12:38 13 Mart 2019
Ölkə mətbuatı
A- A+

"Nar" korporativ məkanda daha bir yeniliyə imza atacaq.

Publika.az xəbər verir ki, bu barədə "Azerfon" şirkətinin kommersiya direktoru Qəhrəman Kazımov şirkətin 2018-ci il ilə bağlı hesabat konfransında məlumat verib.

Direktor bildirib ki, 2019-cu ilin ikinci yarısından etibarən "Nar Tv" tətbiqindən istifadən edən müştərilər məşhur filmlərdən ibarət paketdən yararlana biləcəklər. Paketə dünyaca məşhur 4 min film daxil ediləcək.

Həmçinin, "Nar Tv" tətbiqində 100-ə yaxın canlı tv kanalını izləmək mümkün olacaq. Bundan başqa, "CavanNar" tarifi sabahdan etibarən yenilənmiş forması ilə müştərilərin istifadəsinə veriləcək. "CavanNar" tarifi bundan əvvəl də fəaliyyət göstərib. Lakin bu tarifin iki yeni versiyası - "CavanNar 6" və "CavanNar 9" sabah bazara buraxılacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/272511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR