Bu gün Azərbaycanda avrokuboka vəsiqə qazanacaq ilk komanda müəyyənləşə bilər

Bu gün Azərbaycanda avrokuboka vəsiqə qazanacaq ilk komanda müəyyənləşə bilər
11:42 13 Mart 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda avrokuboka vəsiqə qazanacaq ilk komanda müəyyənləşə bilər.
“Report” xəbər verir ki, bunun üçün Qəbələnin eyni adlı təmsilçisi AFFA-nın təşkil etdiyi Gənclər Liqasında çempionluğu erkən təmin etməlidir. Hazırda 57 xalla vahid lider olan “qırmızı-qaralar” XXII tur çərçivəsində “Qarabağ”ı qəbul edəcək. Famil Xəlilovun rəhbərlik etdiyi kollekiv saat 14:00-da Qəbələ şəhər stadionunun köməkçi meydançasında start götürəcək matçdaqalib gələcəyi təqdirdə, çempion titulunu qoruyacaq və UEFA Gənclər Liqasına vəsiqə qazanacaq.
“Qəbələ” heç-heçə edəcəyi, hətta məğlub olacağı təqdirdə də qızıl medallara sahib çıxa bilər. Bunun üçün 39 xala malik ən yaxın izləyicisi “Keşlə”nin öz meydanında “Sumqayıt”la oyunda xal itirməsi lazımdır. Həm “qırmızı qaralar”, həm də bakılılar uduzsa və ya hər iki kollektiv heç-heçə etsə, mövsümün başa çatmasına 6 tur qalmış əyalət klubu paytaxt təmsilçisi ilə aradakı 18 xallıq fərqi qorumuş olacaq. “Qəbələ” ilk 3 dövrədə rəqibini səfərdə 2 və 3, evdə isə 5 cavabsız qolla məğlub etdiyindən, şəxsi görüşlərdə aşkar üstünlüyə malikdir. Bu isə erkən çempionluq üçün yol açır.
“Keşlə” məğlub olsa, “Qəbələ” bərabərə qalmaqla da ən yaxın izləyicisi üçün əlçatmaz olacaq.
Qeyd edək ki, “Qəbələ” çempion olsa, ardıcıl üçüncü dəfə Gənclər Liqasında çıxış edəcək. “Qırmızı-qaralar” 2016/2017 və 2017/2018 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-azerbaycanda-avrokuboka-vesiqe-qazanacaq-ilk-komanda-mueyyenlese-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR