"İnstagram" hesabınız oğurlana BİLƏR -

Foto və video paylaşım şəbəkəsi olan "İnstagram"da istifadəçilərin sayı durmadan artır.

Bu da özü ilə birlikdə bir çox problemlər gətirir. İstifadəçiləri narahat edən məsələlərdən biri hesablarının oğurlanmaq təhlükəsinin olmasıdır.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, "İnstagram" hesabını oğurlamaq o qədər də asan proses deyil. Xüsusilə də hesab böyük, kiçik hərf, rəqəm və nöqtə işarəsi ilə yaradılıbsa, qırmaq olduqca çətindir. Ən asan oğurlanan instaqram hesabları sadəcə hərf ya da rəqəmlərdən ibarət olanlardır. Əgər rəqəmlərdən ibarət hesabınız varsa, oğurlanması heç yarım saat da çəkməz.

Mütəxəssilər hesabların oğurlanmaması üçün keyfiyyətli şifrələrdən istifadə etməyi tövsiyə edir.

Aysel Yaqubqızı / Metbuat.az

İstirahətə getmək istəyənlər üçün "Google"dan YENİLİK


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR