Şəkidə 3 günlük təlim start götürdü - FOTO

Şəkidə 3 günlük təlim start götürdü - FOTO
11:23 13 Mart 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin KİV nümayəndələri üçün Şəkidə təşkil etdiyi 3 günlük “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli” mövzusunda təlim start götürüb.

Publika.az xəbər verir ki, təlimi giriş sözü ilə açan Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi general-mayor Mirqasım Vahabov son bir ildə bu sahədəki islahatların Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin tərkib hissəsi olduğunu deyib:

“Gömrükdə bir çox dəyişikliklər baş verir. Bu dəyişikliklər iqtisadiyyatımızın inkişafına istiqamətlənib. Son bir ildə korrupsiyada adı hallan 30-a yaxın əməkdaşımıza cinayət işi açılıb.

Gömrük əməkdaşları üçün müxtəlif təlimlər təşkil edilir. Qanuna uyğun olaraq, ticarətin asanlaşdırılması üçün islahatlar keçirilir. Bununla yanaşı, yeni yaradılan biznes subyektləri üçün daha əlverişli şərait yaradılıb”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/272504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR