Şeremetyevo aeroportunda təyyarə qəza törətdi

Şeremetyevo aeroportunda təyyarə qəza törətdi
11:22 13 Mart 2019
44 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvanın Şeremetyevo aeroportunda yük təyyarəsi qəza törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Boeing 747" təyyarəsi yerdə hərəkətdə olarkən qanadı ilə elektrik dirəyini zədələyib.

Aeroportdan bildiriblər ki, dayanacağa doğru hərəkət edən təyyarənin dirəyə çırpılması ciddi fəsadlara yol açmayıb, problem dərhal həll edilib.

Hazırda yük təyyarəsinin konkret hansı şirkətə mənsub olduğu və hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR