"200-ə yaxın təsərrüfat subyektinə idxal və ixracdan istifadəyə icazə verilib"

Dövlət Gömrük Komitəsi jurnalistlər üçün "Gömrük İslahatları: Şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlimlərə başlayıb.

Metbuat.az-ın məlumatına görə, 13-15 mart tarixlərində davam edəcək təlimlərdə müxtəlif media qurumlarından 20-yə yaxın jurnalist iştirak edir.

Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov təlim haqqında ətraflı məlumat verib.

Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru Mirqasım Vahabov isə bildirib ki, gömrük İslahatları həm xarici ticarətçilərin işini asanlaşdırıb, həm də gömrüklə bağlı bütün xidmətləri asanlaşdırıb:

"Gömrükdə son 1 ildə aparılan islahatlar ölkədə aparılan uğurlu islahatların tərkib hissəsidir və cənab prezidentin tapşırıq, sərəncam və fərmanına uyğun aparılır. Bu dəyişikliklər ilk növbədə Azərbaycanın milli iqtisadiyyatının inkişafına hədəflənib. Azərbaycan gömrüyündə tam şəffaflıq bərpa olunub. Şəffaflığı təmin etməyən, korrupsiyada birbaşa əli olan gömrük əməkdaşları cəzalandırılır. Son 1 ildə 30-a yaxın gömrük əməkdaşının işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilir və cinayət işi açılır. Əsas məqsəd gömrük mədəniyyətini daha yüksək formalaşdırmaqdır. Çalışırıq ki, gömrük orqanlarında çalışan minlərlə əməkdaş mədəni xidmət göstərsinlər. Demək olar buna nail olmuşuq. Bununla bağlı çoxlu təlimlər keçirilib. Qanunauyğun olaraq həm ticarətin asanlaşdırılması təmin olunmalı, həm də insanlara xidmət göstərilməlidir".

M. Vahabov bildirib ki, 11 sahəni əhatə edən yol xəritəsi mövcuddur. Bu yol xəritələri hədəfləri müəyyənləşir və buna uyğun olaraq nəticələr proqnozlaşdırılır. Bunun nəticəsində iqtisadiyyatımız daima inkişafdadır və inkişafa da davam edəcək. Bir sıra qanunvericilik aktları tərtib olunub biznes, investisiya mühitinin inkişafı üçün işlər həyata keçirilib. Bunun nəticəsində ümumdaxili məhsul hər il daha da artır. Gömrük Komitəsində elektron gömrük, bir pəncərə, Yaşıl dəhliz sistemləri insanların məmnunluğuna səbəb olub. Yaşıl dəhliz çox əlverişli şərait yaradıb. 200-ə yaxın təsərrüfat subyektinə idxal və ixracdan istifadəyə icazə verib. Təsərrüfat subyektləri təyinat gömrük idarəsinə gəlmədən reyestr anbarlarında malları bəyan etməklə gömrük bəyənnaməsi gömrük orqanlarına təqdim edə bilirlər. Yaşıl dəhliz 1 fevral 2019-cu ildə tam həyata keçirilir. Gömrük Komitəsi şəffaflığı təmin etməklə dövlət büdcəsinə kifayət qədər vergi toplanmasına səbəb olub. Fiskal siyasətin həyata keçirilməsində xüsusi yer tutur. Şəffaflığın təmin olunması ilə büdcə daxilolmaları artıqlaması ilə daxil olur".

M.Vahabov bildirib ki, ölkədə qeyri-neft məhsullarının ixracı 2017-ci illə müqayisədə 2018-ci ildə 12 dəfə artaraq 2 milyarda yaxın olub. Bura təkcə ərzaq məhsulları yox, sənaye məhsulları da daxildir". Gömrük Komitəsinin rəsmisi bildirib ki, görülən işlər əhaliyə xidmətin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Günay Elşadqızı / METBUAT.AZ / Şəki


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR