Azərbaycan və Ermənistan arasında tezlik PROBLEMİ: BTİ səviyyəsində baxılır

Azərbaycan və Ermənistan arasında tezlik PROBLEMİ: BTİ səviyyəsində baxılır
10:14 13 Mart 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Ermənistan arasında tezlik spektrin tənzimləməsi məsələsi Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) səviyyəsində baxılır. Bu barədə ONA-ya Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional şöbəsinin rəhbəri Kirill Oparin deyib.
 
Onun sözlərinə görə, BTİ Birləşmiş Millətlər Təşkilatının bir qurumu olaraq bu məsələlərin həllinə bütün ölkələrə, eləcədə münaqişədə olan ölkələrə lazımı dəstək verməyə hazırdır.
 
“Onu da qeyd edim ki, bu məsələyə dair koordinasiya müzakirələri Azərbaycan və Ermənistan arasında bu ilin əvvəlində Cenevrədə aparılıb. Siyasi məsələlər öz yerində, lakin belə məsələləri həll etmək lazımdır. Əgər tezliklərlə bağlı belə maneələr varsa, onları texniki səviyyədə ikitərəfli olaraq həll etmək mümkündür”, - deyə K. Oparin bildirib.
 
BTİ-ın rəsmisi onu da qeyd edib ki, bu məsələ eləcədə Azərbaycanla digər qonşu ölkələr arasında mütəmadi olaraq müzakirə mövzusudur. 
 
“Əgər bir ölkədə müəyyən tezliklər televiziya xidməti üçün, digər qonşu ölkədə isə eyni tezlik spektri, məsələn, mobil rabitə üçün istifadə olunursa, o zaman, əlbəttə ki, onlar bir birinə maneələr törədəcək. Bu məsələ birmənalı olaraq BTİ-ın tövsiyələri ilə tənzimlənir. Nəticədə, ölkələr bu məsələni həll etmək üçün bizə müraciət edərək, koordinasiya müzakirəsi aparırlar və burada da əsas olaraq BTİ-ın tövsiyələri nəzərə alınır”, - deyə K. Oparin vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR