Yel çərşənbəsində qalanan Novruz tonqallarında 9 nəfər yandı

Yel çərşənbəsində qalanan Novruz tonqallarında 9 nəfər yandı
10:13 13 Mart 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.

Zərərçəkənlərin xəsarətləri ağır olmayıb. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR