Ronaldu Messinin rekordunu təkrarladı

Ronaldu Messinin rekordunu təkrarladı
10:12 13 Mart 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya çempionu "Yuventus"un hücumçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Portuqaliya yığmasının ulduz futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın "Atletiko" klubuna qarşı keçirdikləri cavab oyununda (3:0, ilk oyun 0:2) het-trikə imza atmaqla UEFA-nın bayrağı altında təşkil olunan klub tirnirlərində ən çox qol vuran oyunçuya çevrilib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ronaldu qitəmiqyaslı klub turnirlərində 125-ci qolunu vurmaqla yeni rekord müəyyənləşdirib.

Portuqaliyalı ulduz bu oyunda 3 qol vurmaqla həm də "Barselona"nın argentinalı hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb. Artıq hər iki futbolçunun Çempionlar Liqasında imza atdığı het-trik sayı bərabərdi - 8.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR