Qazaxıstan klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb

Qazaxıstan klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb
09:47 13 Mart 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın “Tobol” klubunun qapıçısı Emil Balayev Azərbaycan millisinə dəvət alıb.
“Report” Kostanay təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 24 yaşlı futbolçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb. Bunadək ölkə xaricində çıxış edən hücumçular - Dmitri Nazarov (“Aue”, Almaniya), Rüfət Dadaşov “Proyssen” (Almaniya) və Ramil Şeydayevin (“Krılya Sovetov”, Rusiya N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.
Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qazaxistan-klubunun-futbolcusu-azerbaycan-millisine-devet-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR