2018-ci ildə ən çox turist qəbul edən ÖLKƏLƏRİN SİYAHISI

2018-ci ildə ən çox turist qəbul edən ÖLKƏLƏRİN SİYAHISI
07:22 13 Mart 2019
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər il milyonlarla insan dünyanın dörd bir tərəfini gəzərək yeni məkanlar, yeni mədəniyyətlərlə tanış olurlar.

Milli.Az ölkə.az-a istinadən 2018-ci ildə ən çox səfər edilən ölkələrin siyahısını təqdim edir.

1. Fransa - 82.6 milyon turist

Parisdə ən çox Eyfel qülləsi, Sen-Trope, Chamonix və Versal sarayına səfər edilib.

2. İspaniya - 75.6 milyon turist

Turistlər İspaniyada daha çox Elhamra, Kordova, Barselonadakı Saqrada Familia və İbiza adasına baş çəkiblər.

3. Amerika Birləşmiş Ştatları - 75.6 milyon turist

ABŞ-da turistlər ən çox Böyük Kanyon, Manhetten, Yelloustoun Milli Parkı və San-Fransisko şəhərindəki Qolden Qeyt körpüsünə maraq göstəriblər.

4. Çin - 59.3 milyon turist

Turistlər daha çox Terrakota ordusu, Pekindəki Qadağan olunmuş şəhər, Quilindəki Li çayına maraq göstəriblər.

5. İtaliya - 52.4 milyon turist

İtaliyaya səfər edən turistlər daha çox Romadakı Kolizey, Venesiyadakı Böyük Kanal, Florans kilsəsi və Pompeyi üstün tutublar.

6. Birləşmiş Krallıq - 35.8 milyon turist

London, Şotlandiya, Stounhenc, Edinburq ən çox səfər edilən yerlərdir.

7. Almaniya - 35.6 milyon turist

Berlindəki Brandenburq qapısı, Köln kilsəsi, Neuşvanştayn qəsri Almaniyada ən çox turistləri cəlb edən məkanlardır.

8. Meksika - 35.6 milyon turist

Teotihuaçan məbədi, Yukatan yarımadasındakı Çiçen İtza turistlərin ən çox səfər etdikləri məkanlardır.

9. Tayland - 32.6 milyon turist

Taylanda səfər edən turistlər daha çox Phi Phi adaalrı, Phanq Nqa kəndi və Banqkokdakı Böyük Sarayı görməyə maraq göstərirlər.

10. Türkiyə - 30 milyon turist.

Türkiyədə turistlər ən çox İstanbul, Kapadokiya, Efes, Bodrum və Side səmtlərini üstün tuturlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR