"Brexit" üzrə razılaşma yenə rədd edildi

"Brexit" üzrə razılaşma yenə rədd edildi
06:53 13 Mart 2019
119 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın İcmalar palatası baş nazir Tereza Meyin Brüssellə bağladığı "Brexit" üzrə razılaşmaya qarşı səs verib.

Publika.az xəbər verir ki, səsvermə krallığın telekanalları vasitəsi ilə canlı yayımlanırdı. Razılaşmaya qarşı 391 parlament üzvü, onun leyhinə isə 242 deputat səs verib.

Qeyd edək ki, razılaşmaya dair səsvermə artıq ikinci dəfə keçirilir. Keçən dəfə səsvermə 230 səs fərqi ilə iflasa uğradı.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/272475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR