Madaqaskarda qızılcadan 1140 nəfər ölüb

Madaqaskarda qızılcadan 1140 nəfər ölüb
05:32 13 Mart 2019
138 Dünya
Ölkə mətbuatı
A- A+

Qızılca epidemiyasının tüğyan etməsi nəticəsində Madaqaskarda ölənlərin sayı 1140 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı (DST) yayıb. Təşkilatın məlumatına görə, yoluxucu epidemiya qurbanlarının böyük əksəriyyəti 14 yaşdan aşağı uşaqlardır. Bir həftə öncə ölənlərlə bağlı statistikanın 900 nəfərdən ibarət olduğunu açıqlayan təşkilat bir həftə ərzində virusa yoluxanların 66 min nəfərdən 87 min nəfərə yüksəldiyini də təsdiqləyib.

DST yerli qurumlarla əməkdaşlıq şəraitində Madaqaskarda qızılcaya qarşı peyvənd kampaniyasına start verib. Kampaniya çərçivəsində adada yaşayan altı milyon uşağa qızılcaya qarşı peyvənd vurulmalıdır.

Virus vasitəsilə yayılan xəstəlik yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, vaxtında aparılmış vaksinasiya sayəsində xəstəliyin qarşısı ya alınır, ya da xəstəlik yüngül formada keçir. Dünyanın bir sıra regionlarında peyvənd çatışmazlığı yaşansa da, inkişaf etmiş ölkələrdə "peyvənd tənbəlliyi" və ya antivaksinasiya təbliğatı bu epidemiyanın yayılmasına şərait yaradır. Statistikaya görə, 2018-ci ildə dünyada qızılcaya yoluxma ilə bağlı qeydiyyata alınmış halların sayı iki dəfə artaraq 229 minə çatıb. Mütəxəssislər hesab edirlər ki, rəsmi statistikaya düşməyən yoluxma hallarının sayı 2 milyondan artıqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR