"Boeing 737 MAX" təyyarələrinin uçuşu QADAĞAN OLUNDU

"Boeing 737 MAX" təyyarələrinin uçuşu QADAĞAN OLUNDU
01:03 13 Mart 2019
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı (Aİ) ərazisində "Boeing 737 MAX 8" və "737-9 MAX" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.

“Report” xəbər verir ki, bu barədə məlumat EASA-nın saytına yerləşdirilib.

Bir sıra ölkələr Efiopiyada "Boeing 737 MAX 8" tipli təyyarənin qəzaya uğramasından sonra öz hava məkanlarını bu tip təyyarələr üçün artıq bağlayıblar. Onların arasında Böyük Britaniya, Fransa və Efiopiya var.

Daha əvvəl isə 25 aviaşirkət bu tip təyyarələrin istismarından imtina edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/272466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR