Göyçayda iki maşın toqquşub, xəsarət alanlar var

Göyçayda iki maşın toqquşub, xəsarət alanlar var
22:32 12 Mart 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda iki minik maşını toqquşub.
"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 9-cu km-də, rayonun Çərəkə kəndi ərazisində qeydə alınıb.
Göyçay istiqamətində hərəkətdə olan rayonun 29 yaşlı Yeniarx kənd sakini Abdullayev Saleh Əmiraslan oğlunun idarə etdiyi "İnfiniti" markalı minik maşını qarşı tərəfdən gələn 21 yaşlı Xəlitli kənd sakini Qasımov Anar Şakir oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goycayda-iki-masin-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR