Bakıda məktəbdə şagirdi döyən müəllim işdən çıxarılıb

Bakıda məktəbdə şagirdi döyən müəllim  işdən çıxarılıb
21:57 12 Mart 2019
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Hərbi hazırlıq müəllimi dərs zamanı şagirdi döyüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 30 saylı tam orta məktəbdə baş verib.

Məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi dərs zamanı şagirdlərdən birinin üz və bədənin müxtəlif nahiyyələrinə yumruqla vuraraq onu döyüb. Hadisənin başvermə anını isə sinifdə olan şagirdlərdən biri qeydə alaraq sosial şəbəkələrdə paylaşıb. Müəllimin şagirdi döyməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məktəbin müdir müavini Rauf Sultanzadə hadisənin həqiqətən dərs zamanı baş veridiyini təsdiqləyib.

Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirdi ki, hazirda 30 nömrəli tam orta məktəbin müəllimi Mehman Məsimov ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması prosesinin rəsmiləşdirilməsi aparılır.

30 nömrəli tam orta məktəbin direktor müavini Rauf Sultanzadə isə deyib ki, hadisə baş verən vaxtı hərbi hazırlıq müəllimi əsəblərini cilovlaya bilməyib və nəticədə də pedaqoji qaydalara uyğun olmyan hərəkət edib. Hadisə baş verən andan sonra isə heç həmin müəllim işə gəlməyib. Bununla bağlı da məktəb rəhbərliyinə heç bir məlumat verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/738375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR