Mədəniyyət və incəsənət xadimlərinin qaldırdığı məsələlər öz həllini tapır

Mədəniyyət və incəsənət xadimlərinin qaldırdığı məsələlər öz həllini tapır
21:57 12 Mart 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və incəsənət xadimlərinin Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə görüşündə qaldırılan məsələlər həllini tapır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, martın 1-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü zamanı teatr xadimləri bir sıra təkliflər səsləndirdilər. Bu gün isə həmin təkliflər öz həllini tapmaqdadır.

Teatr və konsert müəssisələri işçilərinin maaşlarının 50 faiz artırılması da bu qəbildən olan addımlardandır.

Xalq artisti Nurəddin Mehdixanlının fikrincə, bu artım bütün teatr xadimlərinin maddi rifahının yaxşılaşdırılması ilə yanaşı, bu sahədə canlanma yaradacaq.

Nurəddin Mehdixanlı deyir ki, Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusun verilməsi də həmin görüşdə səsləndirilən fikirlərdəndir. Qısa bir zamanda bu məsələnin öz həllini tapması teatr sahəsinə və yaradıcılığa verilən dəyərdir.

Nurəddin Mehdixanlı atılan addımların teatr xadimləri arasında əhval-ruhiyyəni yüksəltdiyini bildirir. Onun sölərinə görə, 2019-cu ildə teatr sahəsində yeni keyfiyyətli səhnə əsərlərinin yaranması kimi yadda qalacaq.

Xalq artistinin fikrincə, atılan son addımlar inkişafla yanaşı, bu sahəyə gənclərin də marağını artıracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/738374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR