Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı - FOTO

Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı - FOTO
21:37 12 Mart 2019
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsinin Ağciyər Cərrahiyyə Mərkəzində 7 yaşlı oğlan uşağı son anda ölümün əlindən xilas olunub.

Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı -2 həftə öncə qrip infeksiyası keçirmiş 7 yaşlı oğlanda valideynlərin səhlənkar yanaşması və düzgün müalicə olunmaması səbəbindən ağciyərlərin destruktiv pnevmoniyası başlamış, daha sonra xəstəlik daha da dərinləşərək ağciyərin dağılmasına, irinli empiyema və pnevmatoraks kimi ölümcül vəziyyətə gətirib çıxarmışdır.

Uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib.  Kompüter tomoqrafiyası zamanı məlum oldu ki, ağciyər destruksiyaya uğrayıb. Uşaqda artıq ağciyər çatışmazlığı və sepsis inkişaf edib. Ona görə uşaq təcili əməliyyata alınır.

Əməliyyatı icra edən torakal cərrah, t.e.n Cəmil Ələkbərov bildirdi ki,  əməliyyatla ağciyərin çürümüş-dağılmış hissələri rezeksiya olunaraq xaric edildi, irin təmizləndi, normal tənəffüs bərpa olundu.  Uşağın plevra boşluğuna drenaj yeridilərək, 1 litrə qədər irin xaric olundu.

Hazırda uşağın vəziyyəti qənaətbəxşdir.
İrindən götürülmüş nümunə analizə göndərilib, ondan sonra hansı virusun bu xəstəliyi törətdiyi məlum olacaq".

Həkim bildirdi ki, bəzən sıradan qrip hesab etdiyimiz bir xəstəlik belə ağır nəticələrə səbəb olur. Ona görə valideynlər uşağın ağciyərlərini diqqətdə saxlamalı, vaxtında həkimə müraciət etməlidirlər ki, letal sonluq olmasın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR