Dövlət Xidmətində narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib

Dövlət Xidmətində narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib
19:02 12 Mart 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülən işlər və onların nəticələri mövzusunda tədbir keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə Xidmətin Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsi rəisinin müavini, polkovnik Şaiq Məmmədov çıxış edib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib. 
Onun sözlərinə görə, bu günkü tədbir bu sahədə görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə keçirilir.
Diqqətə çatdırılıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Qeyd olunub ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli fərmanı ilə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilib. Bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilib.
Bundan başqa, narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar təsdiq edilib və uğurla həyata keçirilib.
Sonra “Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi” İctimai Birliyi sədrinin müavini Leyla Yolçiyeva narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə konkret faktları slaydın müşayiəti ilə tədbir iştirakçılarına təqdim edib.
Tədbirin sonunda bəşəriyyətin təhlükə mənbəyi olan narkomaniyadan bəhs edən qısametrajlı sənədli film nümayiş olunub.




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/shxcdx-de-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR