İribuynuzlu heyvanlarda xəstəlik aşkar edildi - Astarada

İribuynuzlu heyvanlarda xəstəlik aşkar edildi - Astarada
18:54 12 Mart 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Astarada iribuynuzlu heyvanlarda xəstəlik aşkar edilib.
 
ONA-nın cənub bürosunun məlumatına görə, rayonun Şüvü kənd sakini Şaban Məmmədova məxsus fermer təsərrüfatında 2 baş iribuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkar olunub. Təsərrüfat sahibinin hər iki heyvanı kəsilərək baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Heyvanlarda tapılan xəstəliyə görə təsərrüfat sahibinə 3000 manata yaxın maddi ziyan dəyib.
 
Ötən ay ərzində Astara rayon Baytarlıq İdarəsi tərəfindən 1700-ə yaxın heyvandan götürülən qan nümunələri Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasında yoxlanılıb. Astarada 8000 baş heyvanın yoxlanılması nəzərdə tutulub.
 
Qeyd edək ki, ötən ilin avqust ayında Ş.Məmmədovun təsərrüfatında 78 baş iribuynuzlu heyvan tələf olub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR