Nikola Yurçeviç Almaniyada çıxış edən futbolçunu Azərbaycan millisinə çağırıb

Nikola Yurçeviç Almaniyada çıxış edən futbolçunu Azərbaycan millisinə çağırıb
18:42 12 Mart 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Aue” klubunun futbolçusu Dmitri Nazarov Azərbaycan millisinə dəvət alıb.
“Report” klubun saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 29 yaşlı hücumçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb.
Bunadək Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovla Rusiya “Krılya Sovetov”undan Ramil Şeydayevin N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.
Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/nikola-yurcevic-almaniyada-cixis-eden-futbolcunu-milliye-cagirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR